...

Bakının təkrar əmlak bazarında təkliflərin artırılması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Ü.İsmayılova /

Bakının təkrar əmlak bazarında təkliflərin üç fazilik artımı gözlənilir. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Cəmiyyətindən çərşənbə axşamı bildirlib.

Ay ərzində bazara 4,85 min mənzil təklif olunub. Bazarda təkliflərin artması bazar qiymətlərinin azaldılmasına təkan verib. Bununla da, təkrar bazarda mənzillərin orta qiyməti hər kvadrat metr üçün 1,32 min dollar təşkil edir.

Bazarda təklif olunan orta qiymətdən aşağı olan mənzillərin payı 61,3 faiz təşkil edir.

Təkrar bazarda otaqların orta göstəricisi 2,47 (+0,5 faiz) təşkil edib. Fevralda bir otağın orta qiyməti 52,32 min dollar, mənzillərin orta qiyməti isə 125,23 min dollar (+0,4 faiz) təşkil edib.

Təkrar yaşayış mənzillərinin ekspozisiya müddəti dörd gün də artırılaraq 111 günə çatıb, bu da obyektlərin gəlir əmsalının 2,9 faiz azalmasına və gəlir müddətinin üç faizə kimi artırılmasına səbəb olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti