...

Azərbaycan bankı Bank Respublika bayram günləri müəyyən edilmiş qrafik üzrə müştərilərə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova /  

Bank xidmətlərindən rahat istifadəni təmin etmək məqsədi ilə Bank Respublika-nın bütün ofisləri müştərilərə 22, 24, 26 və 28 mart tarixlərində saat 10.00-dan 17.00-dək xidmət göstərəcək.

Bu tarixlərdə kreditlər, depozitlər, plastik kartlar, Western Union, Coinstar, Contact, Migom, PrivatMoney, Bıstraya poçta, Blizko, Xpress Money və Allür sistemləri ilə pul köçürmələri, mobil rabitə ödənişi, kommunal xidmətlərin ödənişi (elektrik enerjisi, qaz, su), valyuta mübadiləsi və s. üzrə mədaxil və məxaric əməliyyatları keçirilə bilər.

Bakı şəhəri, Neftçilər prospekti, 67 ünvanında yerləşən və Bank Respublika-nın fasiləsiz xidmət məntəqəsi olan Ofis24 bütün bayram günləri, martın 20-dən 28-dək müştərilərə 24 saat fasiləsiz xidmət göstərəcək.

Bayram günlərindən sonra, 29 mart 2009-cu il tarixindən etibarən Bank Respublika müştərilərə adi qrafik üzrə xidmət göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti