...

Azərbaycan fransız investorları üçün maliyyə şərtlərini yüngülləşdirməyə hazırdır – Fransanın xarici ticarət üzrə dövlət katibi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2009 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir İ. Xəlilova /

Azərbaycan ölkə iqtisadiyyatında fransız investorlar üçün maliyyə şərtlərini yüngülləşdirməyə hazırdır. Bu barədə Fransanın xarici ticarət üzrə dövlət katibi Ann-Mari İdrak iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Fransa hökumətlərarası komissiya iclasının yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.  

"Biz bugünkü iclasda razılığa gəlmişik ki, Azərbaycanın iqtisadi inkişafı əməkdaşlığımızda əsas rol oynayacaq və Bakının ətraf mühitinin təmizlənməsi layihəsinin həyata keçirilməsi kimi Azərbaycan iqtisadiyyatına investisiyaların qoyulmasının yüngülləşdirilməsi istiqamətində də ölkə maliyyə şərtlərini asanlaşdıracaq", - İdrak qeyd edib.

Onun sözlərinə əsasən, dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir, buna görə də fransız şirkətləri ölkə iqtisadiyyatına invetisiya qoymaq niyyətindədir. Bu gün Fransa Azərbaycana qoyulan investisiyaların həcminə görə beşinci ölkədir.

"Fransız şirkətləri Azərbaycana investisiya qoymaq istəyirlər və bunu digər investorlara da tövsiyə edirlər. İnvestisiyaların artırılması zamanı biznes sahəsində tələblər də artır, belə ki, biznes sahəsinin təkmilləşdirilməsi investisiyaların qoyuluşunu asanlaşdırır", - İdrak bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti