...

Azərbaycana maliyyə böhranının cüzi təsirini manat məzənnəsinin stabilliyində də müşahidə etmək olar – iqtisadi inkişaf naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2009 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir N.İsmayılova /

Qonşu ölkələrlə müqayisədə maliyyə böhranı Azərbaycan cüzi şəkildə təsir edib, bunu manat məzənnəsinin stabilliyində də müşahidə etmək olar. Bu barədə cümə günü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

"Əhalinin gündəlik həyatı da maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsir etmədiyini göstərir, - deyə Mustafayev qeyd edib. - Bu özünü ilk növbədə stabil olan və son günlərdə daha da möhkəmlənən manatın məzənnəsində göstərir".

Onun sözlərinə əsasən, əhali üçün ən əsas göstərici olan manat məzənnəsinin möhkəmləndirilməsi ilə bağlı iqtisadi əsasda hər hansı bir tədbirin görülməsinə ehtiyac yoxdur.

"Eyni zamanda istehlak bazarında, xüsusilə tikinti materialları bazarında, həmçinin qida məhsullarında qiymətlər azalıb. Belə ki, tikinti materialları bazarında bəzi materialların qiymətləri 2 dəfə azalıb", - deyə nazir qeyd edib.

Mustafayevin fikrincə bu, əhalinin alıcılıq qabiliyyətinin artmasını göstərir.

Son iki ayda ölkədə iqtisadi artım sürəti 3 faizdən artıqdır. Nazirin də hesab etdiyi kimi, bu, yaxşı göstəricidir. Neft sektorunun ÜDM-si təqribən 14 faiz artıb. Lakin nazir ilin sonuna makroiqtisadiyyat göstəriciləri üçün proqnoz verməyib.

"Bu hazırda çox çətindir, lakin biz tərəfdən proseslər izlənilir, gündəlik analizlər aparılır. Bunlar hamısı xarici təsirlərdir, ölkə daxilində isə heç bir problem yoxdur", -deyə Mustafayev bildirib.

"Eyni zamanda son iki ay ərzində əhalinin real gəlirləri 20 faiz artıb. Göstəricilər də bunu sübut edir ki, qonşu ölkələr ilə müqayisədə maliyyə böhranı Azərbaycan iqtisadiyyatına çox cüzi şəkildə təsir edib", - deyə o, bildirib.

Nazirin sözlərinə əsasən, 2009-cu il üçün nəzərdə tutulmuş dövlət investisiya proqramı prioritetlər üzrə həyata keçirilir, lakin infrastruktur layihələri və sosial proqramlar tam olaraq həyat keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti