...

Azərbaycan regionunda dövlət dəstəyi ilə güzəştli kreditlərin verilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2009 11:08 (UTC +04:00)

Azərbaycan, Gəncə, Bərdə 27 mart / Trend müxbir V.Məmmədov, Ş.Cəlaloğlu/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Dəstək Milli Fondu (SDMF) cümə axşamı, Azərbaycanın Aran və Gəncə-Qazax iqtisadi rayonlarında sahibkarlara 60 güzəştli kredit ayırıb.

Gəncə-Qazax iqtisadi rayonlarında sahibkarlara 26, Aranda - 34 güzəştli kredit ayrılıb.

"Kreditlərin ayrılmasının əsas məqsədi - sahibkarların fəallığının artırılması və onlara dəstəkdir", - Bərdədə (Aran rayonu) SDMF-in başçısı Şirzad Abdullayev deyib.

"Dünya maliyyə-iqtisadi böhranı nəticəsində bir çox ölkələrin iqtisadiyyatında durğunluq yaşansa da, Azərbaycanda heç bir problem yoxdur. Əksinə, sahibkarlığın inkişaf etdirilməsi yolunda işlər aparılır", - Abdullayev qeyd edib.

"Bu il Milli Fondun xətti ilə 130 milyon manat həcmində kredit ayrılması nəzərdə tutulub ki, onlardan da 74 milyonu ölkənin dövlət büdcəsindən veriləcək. Qalan hissəni isə (əvvəllər verilmiş kreditlərdən) qaytarılan kreditlər təşkil edəcək", - Abdullayev əlavə edib.

SDMF-in kredit resursları müsabiqə komissiyası tərəfindən seçilmiş 35 səlahiyyətli kredit təşkilatı (30 bank, bir qeyri-bank kredit təşkilatı və dörd kredit ittifaqı) vasitəsilə paylanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti