...

2009-cu ildə Azərbaycan sahibkarlarına 200 güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir N.İsmayılova /

2009-cu ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu dövlət büdcəsi və əvvəllər verilən kreditlər üzrə qaytarılacaq məbləğlər və faizlər hesabına 130 mln. manat güzəştli kredit ayırmağı planlaşdırır. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir.

Dövlət budcəsindən 74 mln. manat ayrılacaq.

2009-cu ildə ölkənin iki bölgəsində 130-dan çox sahibkara güzəştli kredit ayırılıb. İndiyədək müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlıq subyektlərinə təqribən 200-dən çox güzəştli kredit ayrlıb. SKMF-nın güzəştli kreditləri 30 müvəkkil kommersiya bankı, bir bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilir.

Təkcə martın 26-da keçirilmiş tədbir çərçivəsində Fondun vəsaitləri hesabına Aran və Gəncə-Qazax iqtisadi rayonlarında 60 sahibkarlıq subyektinə (Aran iqtisadi rayonu üzrə 34, Gəncə-Qazax iqtisadi rayonu üzrə isə 26 sahibkara) güzəştli kredit verilib.

Bu layihələr sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı sahələrini əhatə edir.

Bu layihələrin həyata keçirilməsi nəticəsində 100-ə yaxın yeni iş yerinin yaranması gözlənilir. Ümumilikdə isə, bu il maliyyələşdirilən layihələr hesabına 350 yeni iş yerinin açılması planlaşdırılır.

Martın 29-na olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti