...

Azərbaycanın Turist Şirkətləri Assosasiyası nazirliyin koordinatoru olacaq – assosasiya başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2009 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir Ü.İsmayılova /

"Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə yaradılmış Azərbaycanın Turist Şirkətləri Assosasiyası qeyri-hökümət təşkilatı olsa da, qurumda şirkətlərin fəaliyyətlərinin fəallaşdırılması sahəsində koordinator, eləcə də bu sahədə mövcüd problemlərdə öz rolunu oynayacaq", - assosasiyanın idarə heyətinin sədri, Khazar Travel turist agentliyinin direktoru Nahid Bağırov deyib.  

"Türizm son zamanlar sərmayədarların diqqətinin artdığı, Azərbaycanın qeyri-neft sektorunun ən perspektivli sahələrindəndir", - Bağırov bildirib.

Onun sözlərinə görə, assosasiyanın əsas məqsədi Azərbaycan turist şirkətlərinin coğrafiyasının genişlənməsi, ölkənin turistik potensialının fəal təşviqatı, eləcə də xarici turistlərin cəlb edilməsi olacaq.

"Son il ərzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ölkənin turistik potensialı 20 beynəlxalq sərgidə təqdim olunub. Ancaq təəssüf ki, sərgilərdə hazırda fəaliyyət göstərən 201 şirkətdən cəmi bir neçəsi iştirak edib", - Bağırov qeyd edib.

Assosasiyanın əsas fəaliyyət istiqamətləri bunlardır: turist şirkətlərinin maraqlarını müdafiəsi; qanun layihələrinin, tövsiyə və müddəaların hazırlanması; milli turist şirkətinin yaradılmasına yardım; bazar iştirakçıları üçün treninq və seminarların keçirilməsi planının hazırlanması; illik beynəlxalq sərgilərdə Azərbaycan turizminin potensial reklam və təşviqi potensialı üçün şəratin yaradılması; daxili turizmin inkişafı və dünya bazarında turistik məhsulların təqdimatı.

Bu strukturun məqsədlərinə həmçinin aşağıdakılar daxildir: konqres turizminin inkişafı və tətbiqi; idarəetmə və xidmət sahələrində peşəkar kadrların hazırlanmasına yardım, turizm sahəsində adekvat vergiqoyma və normativ idarəetmənin yaradılması; standartlaşdırma, sertifikasiya və lisenziyalaşdırmanın inkişafına yardım; beynəlxalq turist şirkətləri ilə səmərəli əməkdaşlıq; rəsmi çap orqanının yaradılması; hüquqi məsləhətvermə sahəsində xidmətlərin hazırlanması; normativ-hüquqi bazanın inkişafı çərçivəsində turist şirkətlərinin hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti