...

Azərbaycan Sənaye Bankı xidmətlərinin tariflərini əhəmiyyətli dərəcədə azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend /

Azərbaycan Sənaye Bankı (ASB) hüquqi və fiziki şəxslərə göstərilən bank xidmətlərinə əhəmiyyətli endirimlər edib.

Nağd vəsait, valyuta mübadiləsi, pul köçürmələri, plastik kartlar və digər xidmətlər üzrə aparılan əməliyyatlara əhəmiyyətli dərəcədə endirimlər edib. Bu barədə ASB-nin Marketinq və İctimai əlaqələr üzrə departamentindən bildirilib.

Tariflərin azalmasının səbəbi kimi bankdan xidmətlərin və müştərilərin həcmi göstərilib. Yanvarın 1-nə olan məlumatlara əsasən, ASB-nin hüquqi müştərilərinin sayı 700, fiziki müştərilərinin sayı isə 13 min təşkil edir.

ASB fiziki və hüquqi şəxslər üçün endirim zamanı ölkə daxilində valyuta köçürümələrinə 50 faiz, xaricə valyuta köçürmələrinə 25 faiz, milli valyuta üzrə nağd vəsaitin ayrılması zamanı komission ödəməyə 38 faiz, xarici valyuta üzrə nağd vəsaitin ayrılması zamanı komission ödəməyə 20 faiz, plastik kartlar üzrə illik faiz tarifinə 13 faiz endirim edib.

Azərbaycan Sənaye Bankı 1996-cı ildən etibarən CIBank kimi fəaliyyət göstərib, 2006-cı ilin sonunda isə brendini dəyişib. Bankın 2009-cu ilin yanvarın 1-nə qədər olan aktivlərinin həcmi 78,029 milyon manat, depozit portfeli 32,560 milyon, kredit portfeli 36,101 milyon, ümumi kapiatlı 16,142 milyon, nizamnamə kapitalı isə 12,8 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti