Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Babayeva /
Yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası (NMR) 18,3 mln. dollar həcmində xarici ticarət əməliyyatları həyata keçirib. Bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyindən bildiriblər.
Ümumi mal dövriyyəsi strukturunda 19,8 faiz və ya 14,6 mln. dollar ixracın, 80,2 faiz və ya 3,6 mln. dollar idxalın payına düşüb.
Türkiyə, İran, Rusiya, Ukrayna, Almaniya, Gürcüstan, Yaponiya və digər ölkələr muxtariyyətin ticarət tərəfdaşlarıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]