Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir Ü.İsmayılova /
"Azərbaycan və Tambov vilayəti arasında hökümətlərarası müqavilənin imzalanması yaxın iki-üç ayda gözlənilir", - çərşənbə axşamı mətbuat konfransında Tambov vilayətinin Regionlararası və Beynəlxalq Əlaqələri İdarəsinin rəisi Oleq Kodakov deyib.
Onun sözlərinə görə, hazırlıq işləri çərçivəsində vilayətin nümayəndə heyəti iki gün ərzində Azərbaycanın müxtəlif qurumlarında danışıqlar aparıb. "İmzalanmış müqavilə Azərbaycan və Tambov vilayəti arasındakı münasibətlərin gələcək inkişafına kömək edəcək", - Kodakov deyib.
Tambov vilayəti Rusiyanın Avropa hissəsində yerləşir. Vilayətin zəngin məhsuldar torpaqları var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]