...

Naxçıvan MR-da sənaye istehsalının həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2009 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Babayeva /

Naxçıvan Muxtar Respublikasının (NMR) Bakıdakı daimi nümayəndəliyindən bildiriblər ki, yanvar-fevral ayları ərzində NMR-də sənaye istehsalı həcmi 2008-ci illə müqayisədə 17,3 faiz artaraq 35,4 mln. manat təşkil edib.

Ümumi sənaye istehsalı həcmində 78,6 faiz məhsul istehsalının və 21,4 faiz göstərilən xidmətlərin payına düşüb.

Hasilat sənayesinin ümumi istehsalatda olan xüsusi çəkisi 0,2 faiz, emal sənayesinin 85,5 faiz, elektroenergetika və su sektorunun çəkisi 14,3 faiz təşkil edib.

İlin əvvəlindən qeyri-hökumət sektorunun hesabına 30 mln. manat dəyərində, dövlət sektoru hesabına isə 5,4 mln. manat həcmində məhsul istehsal edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti