...

Naxçıvan MR-də yük və sərnişin daşımalarının həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir S.Babayeva /

"2009-cu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) fiziki şəxslər və nəqliyyat müəssisələri tərəfindən təxminən 1,2 milyon ton yük və 7,6 milyon sərnişin daşınıb", - NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilir. 2008-ci ilin analoji dövrü ilə müqayisədə yük daşımalarının artımı 5,6 faiz, sərnişin daşımalarının artımı 5,2 faiz təşkil edib.

Hər iki xidmət istiqamətindən 4,3 milyon manat gəlir əldə olunub ki, bu da 2008-ci ilin ilk iki ayının rəqəmlərinsdən 5 faiz çoxdur.

Özəl müəssisələrin payına 99,8 faiz yük daşımaları (1,1 milyon ton) və 95,1 faiz sərnişin daşımaları (7,2 milyon nəfər) düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın bütün nəqliyyat sektoru vasitəsilə 26,9 milyon ton müxtəlif yük (2008-ci ilin analoji dövrü ilə müqayisədə demək olar ki, eyni) və 200,4 milyon sərnişin (7,7 faiz çox) daşınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti