...

Azərbaycanda əmək bazarının müdafiəsi üçün antiböhran tədbirləri hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2009 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində Məşğulluq İdarəsi ölkənin əmək bazarının müdafiəsi üçün antiböhran tədbirləri hazırlayıb. Bu barədə cümə günü idarə müdirinin müavini Şahbaz Xələfov bildirib.

"Əsas antiböhran tədbiri kütləvi ixtisarlar zamanı işsizlərin ictimai işlərə cəlb edilməsidir", - deyə Xələfov bildirib.

Onun sözlərinə görə, kütləvi ixtisarların olacağı təqdirdə işsizlər əsasən ölkə bölgələrində aqrar sektor üzrə ictimai işlərə cəlb ediləcəklər.

İdarə müdirinin müavini bildirib ki, belə bir qərar hazırda region əhalisinin böyük hissəsinin işləmək üçün Bakya gəlməsi ilə əlaqədar qəbul olunub.

İdarənin məlumatına görə, bu gün işsizlərin rəsmi sayı 44,174 min nəfər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti