...

Ekspertlər Azərbaycan sığorta bazarının azalması səbəblərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2009 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir Ü.İsmaylova /  

2008-ci ildə dünya maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda sığorta pullarının 2007-ci illə müqayisədə 21,1 faiz (179,26 milyon manat) və ödənişlərin 35,5 faiz (49,81 milyon manat) artması səbəbindən böhran ölkə bazarına təsir etmədi. Maliyyə və iqtisadi tədqiqatlar konsaltinq LTD-nin ekspertləri hesab edir ki, az da olsa böhran Azərbaycanda özünü 2009-cu ildə biruzə verməyə başladı.

Böhranın təsiri bir neçə növ sığortanın ixtisara salınması ilə bağıdır: avtomobil, ipoteka, girov mülkiyyətinin sığortası.

Təşkilat ekspertlərinin fikrincə, Azərbaycan sığorta bazarının artım templəri 2009-cu ildə ötən illə müqayisədə 15-20 faizi üstələməyəcək.

Azərbaycan sığorta bazarının fəallığının azalmasının başlıca səbəbi, sığortaçıların aktiv bank əməliyyatları apardıqları yerli banklar tərəfindən kreditləşmənin ixtisarı və dayandırılmasıdır. "Belə olduqda sığortaçılar şirkətlərini yenidən qurub yeni müştərilər taparaq yeni sığorta növləri tətbiq etməlidirlər", - ekspertlər hesab edir.

Hazırda hökumətin baxışdan keçirdiyi "Məcburi sığorta haqqında" qanunun təsdiqlənməsi Azərbaycan sığorta bazarı üçün stimul ola bilər.  

"Məcburi sığorta haqqında" qanuna beş növ sığorta daxildir - avtomobil sahiblərinin məcburi məsuliyyət sığortası, üçüncü şəxs qarşısında yanğın üzündən məsuliyyət sığortası, potensial təhlükəli obyektlərin ekoloji sığortası, sərnişinlərin məcburi sığortası və tikinti işlərində fəhlələrin məcburi sığortası. Hazırda Azərbaycanda doqquz növ məcburi sığorta mövcud olsa da qanunvericilikdə olan problemlər üzündən onlar fəaliyyət göstərmir.

Aprelin 10-na olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti