...

Azərbaycanda "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi üzrə komponentlərin realizə məsələləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2009 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir Ü.İsmayılova / 

"Daşınmaz əmlakın dövlət reyestri xidmətində dövlət xidmətinin Dünya Bankı ilə "Daşınmaz əmlakın qeydiyyatı" birgə layihəsi üzrə komponentlərin koordinatorlarının toplantısı keçirilib", - dövlət xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.

Strukturun başçısı Arif Qaraşovun rəhbərlik etdiyi toplantının gedişində layihə çərçivəsində aparılan işlər müzakirə olunub, Bankın 2008-ci ilin noyabrında Bakıda olan son missiyasının tövsiyələri analiz edilib.

Qaraşov toplantıda layihənin bütün komponentlərinin realizəsi üzrə təklif və tövsiyələrlə çıxış edib.

Azərbaycan hökuməti və DB 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastrı sistemini birgə tətbiq etmək haqqında saziş imzalayıb. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza xəritəçəkmə və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə edilməsi. Layihənin dəyəri 38,57 mln. dollar təşkil edir. Bunun 30 mln. dolları DB-nin kreditinin payına düşür. Kredit ehtiyatları beş il güzəştli dövr olmaqla 20 il müddətinə ayrılıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti