...

Dəniz nəqliyyatı ilə yük daşımalarında azalma müşahidə olunmur – Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 16:54 (UTC +04:00)
Dəniz nəqliyyatı ilə yük daşımalarında azalma müşahidə olunmur – Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir E.İsmayılov /

Dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar dəniz nəqliyyatı ilə yük daşımalarında azalma müşahidə olunmur. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib.

"Dəniz nəqliyyatı ilə yük daşımalarında, ümumilikdə azalma müşahidə olunmur. Dəniz nəqliyyatı ilə yük daşımalarının digər nəqliyyat vasitələrinə nisbətdə daha ucuz olduğunu nəzərə alsaq, düşünürəm ki, onların artacağı gözlənilir", - o, bildirib.

Qurbanov əvvəllər bildirib ki, ilin əvvəlində yük daşımalarında kiçik azalmalar müşahidə olunurdu ki, bu da müqavilələrin imzalanması ilə bağlı idi. Lakin hazırda vəziyyət sabitləşib.

Hazırda Azərbaycan bayrağı altında 552 gəmi üzür. Bu il 25 Azərbaycan gəmisi Rusiyanın daxili sularında (Xəzərdən Qara dənizə və geri) üzmək üçün icazə alacaq. Gələn il bu prosesin yüngulləşəcəyi gözlənilir və Azərbaycan gəmiləri Rusiya sularında icazəsiz və məhdudiyyətsiz hərəkət edecək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti