...

SMS ŞANS kampaniyasının növbəti qalibləri müəyyən olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2009 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend / 

Azərbaycanın GSM operatoru "Azercell Telekom"un martın 1-dən etibarən start verdiyi "SMS ŞANS" lotereya kampaniyasının altıncı tirajı keçirilib. Tiraj nəticəsində növbəti dəfə 300 "Azercell" abonenti 30 manat, 30 nəfər 300 manat, bir abonent - 051 8907310 saylı nömrənin istifadəçisi isə 3000 manatın sahibi olub.

"Azercell"in "SMS ŞANS" lotereya kampaniyasının iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməyiniz kifayətdir. Mesajların sayı çox olduqca, lotereyanın qalibi olmaq şansı da yüksəlir.

Bu il mayın 22-dək davam edəcək "SMS ŞANS" kampaniyası boyunca ümumilikdə 10 tiraj keçiriləcək.

Lotereyada tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti