...

Vergilər – incə alətdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2009 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend /

Leyla Abdullayeva, Trend -ın analitik mərkəzinin eksperti

Azərbaycan maliyyə naziri tərəfindən təklif edilən birbaşa vergi dərəcələrinin, əsasən də gəlir vergisinin maksimal dərəcələrinin azaldılması ilk növbədə vergi yığımını bir qədər artırmağa imkan verəcək. Hazırda Azərbaycanda gəlir vergisinin maksimal dərəcəsi 35 faiz olduğu halda, Vergilər Nazirliyinin vergi cinayətlərinin ilkin araşdırılması üzrə departamenti mütəmadi olaraq vergidən yayınma faktları aşkarlayır. 2008-ci il ərzində vergi ödənişindən yayınma faktı, qeyri-qanuni sahibkarlıq fəaliyyəti və digər pozuntularla bağlı fiziki və hüquqi şəxslərə qarşı 191 cinayət işi açılıb. Vergi Məcəlləsinə əlavə və düzəlişlər layihəsi 2008-ci ilin əvvəllərindən hazırlanır və qəbul edilmiş qeydlərin 2009-cu il mayın 15-də parlamentə təqdim edilməsi planlaşdırılır.

Dövlət büdcəsinin əsas gəlir mənbəyi olan gəlir vergisinin azaldılması effektivlik və azaldılan hər faiz baxımından ciddi hesablanmalıdır. Sözügedən vergi dərəcəsinin azaldılması birbaşa ondan asılı olan sahələrin zəifləməsinə səbəb ola bilər. Əsasən də səhiyyə və təhsil sahəkəri. 

Vergilər o qədər incə alətdir ki, istənilən dəyişiklik ölkənin bir neçə iqtisadiyyat sahəsinə təsir edə bilər. Bu da məntiqə uyğundur ki, vergi dərəcələri azalarsa qazanılan əmək haqqları artar, insanlarda pul miqdarı və əlavə xərclər üçün imkan artar.

Avropa və Baltikyanı ölkələrdə gəlir vergiləri dərəcəsi mütəmadi olaraq azalır. Məsələn, Estoniya və Litva 2008-ci il yanvarın 1-dən etibarən əhalidən yığılan gəlir vergisini azaldıblar. Bunula belə, gəlir vergisinin azalması hər il 1 faiz azalmaq şərtilə 2011-ci ilə kimi davam edəcək. Gələn üç il ərzində bu ölkələrdə vergi dərəcəsi 18 faiz azalacaq. Hazırda vergi yükünün azaldılmasında maraqlı olan əksər ölkələr gəlir vergisinin vahid dərəcəsinə can atırlar. Azərbaycan da məhz bu istiqamətdə irəliləyir. Vergilər məntiqə uyğun, nəzarət total olarsa gəlirin ümumi trafiki əhəmiyyətli dərəcədə artar. Uyğun vergi dərəcələri və vergidən yayınmaya görə cəzanın qaçılmazlığı hesabına respublika üçün daimi büdcə gəlirini təşkil etmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti