...

Azərbaycan BMT-nin əmək miqrantları müdafiə komitəsinin X sessiyasının iclasında təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2009 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan aprelin 21-22-də Cenevredə keçirilən BMT-nin əmək miqrantları və onların ailələrinin hüquqlarının müdafiə komitəsinin X sessiyasının iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq", - nazirliyin bu gün yaydığı məlumatda deyilir.

İclasda Azərbaycan "Əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə beynəlxalq konvensiya" mövzusunda məruzə təqdim edəcək. Nazir müavini, həmçinin miqrasiya proseslərini tənzimləyən, beynəlxalq təcrübəyə söykənən milli qanunvericilikdə nəzərdə tutulan çərçivədə ölkədə aparılan işlər və onların nəticələri barədə məlumat verəcək.

Sessiyada beynəlxalq konvensiya öhdəlikləri çərçivəsində ölkədə aparılan tədbirlər müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti