...

Latviya Azərbaycana birgə süd məhsulları istehsal etməyi təklif edib – AZPROMO-nun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2009 12:33 (UTC +04:00)
Latviya Azərbaycana birgə süd məhsulları istehsal etməyi təklif edib – AZPROMO-nun rəhbəri

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Latviya biznesmenləri Azərbaycana birgə süd məhsulları istehsal etməyi təklif ediblər. Bu barədə cümə günü keçirilən Azərbaycan-Latviya biznes-forumunda Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rahim Hüseynov bildirib. Forum Latviyanın xarici işlər naziri Marisa Riekstinşin iştirakı ilə Bakıda keçirilir.

Görüşdə Azərbaycan tərəfindən iqtisadiyyatın müxtəlif sahələrindən 60-dan çox sahibkar, Latviya tərəfdən isə 20 şirkətin nümayəndələri iştirak edir.

"Latviya sahibkarları əsasən qida sənayesi, məntiq sahələrində maraqlıdırlar", - deyə Hüseynov bildirib.

AZPROMO prezidentinin sözlərinə görə, hazırda Azərbaycan ilə Latviya arasında iqtisadi münasibətlər aşağı səviyyədədir.

"Biz ümid edirik ki, işgüzar insanlar arasında biznes-forumların və digər biznes görüşlərin keçirilməsi nəticəsində ölkələrin iqtisadi münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - deyə Hüseynov bildirib.

Azərbaycan və Latviya sahibkarları arasında əvvəlki biznes-forum 2006-cı ildə keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti