...

Azərbaycan dövlət bankının özəlləşdirilməsini məqsədəuyğun saymır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir İ.Xəlilova /

"Azərbaycanın ən iri bankı olan Beynəlxalq Bankın (ABB) özəlləşdirilməsi məsələsinə müəyyən mərhələdən sonra qayıtmaq olar. Hazırda bu məsələ gündəlikdə olan məsələ deyil", - iqtisadi siyasət üzrə parlament komissiyasının sədri Ziyad Səmədzadə bank sektoru rəhbərlərinin Standard&Poor's Beynəlxalq Reytinq Agentliyi nümayədələri ilə görüşü zamanı deyib.

"Hazırki vəziyyət Azərbaycan hökumətinin ABB-ni özəlləşdirməməklə doğru addım atdığını göstərir. Baxmayaraq ki, BVF özəlləşdirmə prosesini sürətləndirməyi tövsiyə edib. Biz sözügedən bankın özəlləşdirilməsinin əleyhinə idik və bu gün o, ölkənin bank sisteminin lideridir", - Səmədzadə deyib.

Onun sözlərinə əsasən, maliyyə böhranı şəraitində bir çox inkişaf etmiş ölkələr iri bankların milliləşdirilməsi istiqamətində addımlar atırlar.

"ABB ilə bağlı məsələdə də görürük ki, əldə oluan yüksək göstəricilər dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir", - Səmədzadə qeyd edib.

"7-8 il öncə beynəlxalq maliyyə təşkilatları bizi ABB-nin özəlləşdirilməsini ləngitməkdə təqsirləndirirdi. Lakin İstanbulda keçirilən Dünya İqtisadi Forumunda dövlət banklarının üstünlüyü qeyd olundu", - ABB idarə heyətinin sədri Cahangir Hacıyev deyib.

"Hazırda inkişaf etmiş ölkələrdə əks proses gedir və özəl banklar dövlət banklarına çevrilir. Səhmdarların kimlər olduğu vacib olsa da menecment və bank kollektivi də az rol oynamır", - bank rəsmisi əlavə edib.

ABB-də dövlətin payı 50,2% təşkil edir və kapitalın qalan hissəsi özəl səhmdarların vəsaiti hesabına formalaşır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 

Xəbər lenti

Xəbər lenti