...

Azərbaycan regionunda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi üzrə treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2009 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend /

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və Sahibkarlığa Dəstək Milli Fondu Horadiz şəhərində sahibkarlar üçün "Azərbaycan Respublikası Sahibkarlığa Dəstək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda növbəti treninq keçirib. Nazirliyin məlumatında deyilir.

Treninqdə Yuxarı Qarabağ iqtisadi rayonundan 100-ə yaxın sahibkar iştirak edib. Bakı Biznes Tədris Mərkəzinin və Sahibkarlığa Dəstək Milli Fondunun mütəxəssisləri investisiya layihələrinin və biznes-planların tərtib olunması, güzəştli kreditlərdən istifadə qaydaları ilə bağlı treninq iştirakçılarına ətraflı məlumat veriblər.

İndiyədək analoji mövzuda treninqlər Lənkəran, Şəki və Sumqayıt şəhərində keçirilib.

Azərbaycanın digər iqtisadi rayonlarda da bu cür treninqlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti