...

Azərbaycan bankı Bank Respublika bütün ofislərində müştəri xidməti vaxtını uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend /

Bank Respublika-nın Bakı şəhəri və bütün regionlarda fəaliyyət göstərən filial və şöbələri müştərilərə saat 17.45-dək xidmət göstərəcək. Bu barədə bankın məlumatında bildirilir.

Müştərilər əvvəllər saat 17.00-dək bankın mümkün olan bütün xidmətlərindən istifadə edirdilər. Yeni xidmət qrafiki Bank Respublika-nın müştərilərə faydalı olmaq konsepsiyasına uyğun olaraq tətbiq edilib.  

Müştəri xidməti qrafikinə uyğun olaraq Bank Respublika-nın filial və şöbələri müştərilərə həftənin 5 günü saat 09.00-dan 17.45-dək, şənbə günü isə saat 10.00-dan 15.00-dək xidmət göstərir.

Bununla yanaşı, Bakıda Bank Respublika-nın Neftçilər filialı (Q.Qarayev pr. 61C) həftənin 5 günü saat 21.00-dək, şənbə günü isə saat 19.00-dək, eləcə də Ofis24 (Neftçilər pr. 67) həftənin bütün günləri 24 saat fasiləsiz əhaliyə xidmət göstərir.

Bank Respublika-nın filial və şöbələri müştərilərə hesablaşma-kassa, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, mobil rabitə ödənişi, kommunal xidmətlərin ödənişi və digər bank xidmətləri göstərir.

Hazırda Bank Respublika-nın Bakıda və regionlarda 32 filial və şöbəsi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti