...

DB Azərbaycandakı yol layihələrinin güzəştli maliyyələşdirilməsi ilə bağlı mövqeyini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2009 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir İ.Xəlilova /

Dünya bankı (DB) 2009-cu ildə həyata keçirilməsi üçün güzəştli şərtlərlə 63 milyon dollar ayırmağı planlaşdırdığı Azərbaycandakı yol layihələri ilə bağlı mövqeyini müəyyənləşdirib. Bu barədə bazar ertəsi bankın Bakı nümayəndəliyindən bildiriblər.  

"116 km-lik Hacıqabul-Bəhramtəpə avtomobil yolunun tikintisinə bank ümumilikdə 175 milyon dollar vəsait ayırmaq niyyətindədir. Müvafiq olaraq 112 milyon dollar isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının hesabına maliyyələşdiriləcək",- nümayəndəlikdən deyiblər.

Əvvəllər güzəştli krediti ikizolaqlı və dördzolaqlı Bakı-Şamaxı-Muğan yolunun tikilməsinə yönəltmək planlaşdırılmışdı. Lakin beynəlxalq standartlara əsasən, 120 gün ərzində ekoloji qiymətləndirilmənin keçirilməsinin və bu prosedurların iyunun sonunadək yekunlaşdırmağın mümkünsüzlüyü nəzərə alınaraq təxirə salınmışdı. Güzəştli kreditlər 2009-cu maliyyə ili üçün nəzərdə tutulub və bu müddət iyunun 30-da bitir. Bununla yanaşı, Hacıqabul-Bəhramtəpə yolu sahəsində digər bir yolun təmiri də nəzərdə tutulub.

"Maliyyənin güzəştli hissəsinin itirilməməsi üçün vəsaiti Hacıqabul-Bəhramtəpə yoluna yönəltmək qərara alınıb", - nümayəndəlikdən bildiriblər.

İkizolaqlı yolun inşasını nəzərdə tutan layihənin ümumi dəyəri 200 milyon dollar təşkil edir.

Bununla paralel olaraq Bakı-Şamaxı-Muğan avtomobil yolunun inşasına hazırlıq işləri aparılacaq.

Avtomobil yolunun uzunluğu 124 km təşkil edir. Təsdiq edilmiş layihəyə əsasən, layihənin inşası 90,11 milyon dollar dəyərində qiymətləndirilib. İlk öncə tikinti işlərinin 72,09 milyonluq hissəsini DB və 18,02 milyon dollarlıq hissəsini Azərbacan tərəfinin hesabına maliyyələşdirmək planlaşdırılmışdı. Nəqliyyat Nazirliyində layihənin bahalaşması ilə bağlı yeni hesablamalar aparılsa da (ikizolaqlı yoldan dördzolaqlıya keçmək səbəbindən) hələ ki, bu, açıqlanmır.

Bununla belə tikinti işlərinin aparılması üçün baş podratçı seçilib - İtaliyaya məxsus Todini Costruzioni Generali S.P.A. Layihənin məsləhətçisi qismində Finlandiyanın Finroad şirkəti çıxış edir.

Layihə çərçivəsində Tovuz ərazi yolunun inşası planlaşdırılır. Hazırda sözügedən ərazidə yaşayan sakinlərin köçürülməsi ilə bağlı işlər aparılır. Tovuz yolunun uzunluğu 7,2 km təşkil edir.

Bakı-Şamaxı-Muğan yolu Bakını ölkənin qərb rayonları ilə birləşdirəcək.

Layihənin başlıca məqsədi nəqliyyat xərclərinin azaldılması, nəqliyyat və tranzit əlverişliliyinin artırılması, eləcə də Şərq-Qərb layihəsinin Azərbaycan dəhlizindəki yol təhlükəsizliyinin təmin olunmasıdır.

Layihə 2006-cı il aprelin 17-də DB-nin Direktorlar Şurasının iclasında təsdiq edilib. Kredit resursları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında dördillik güzəştli period və libor+0,5% dərəcəsi ilə 20 il müddətinə verilib. 

Lakin əlavə maliyyə güzəştli şərtlər əsasında təqdim ediləcək: 10 illik güzəşt periodu və 0,75 %-lik dərəcə ilə 35 il müddətinə.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti