...

Azərbaycanın lizinq bazarına yeni şirkət daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir N.İsmayılova /

Təsisçisi Mugan Bank olan Mugan Leasing şirkəti ilin sonunda fəaliyyətə başlayacaq. Bu barədə çərşənbə axşamı Mugan Bank-ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib.

"Hazırda rəhbərliyin bütün diqqəti banka yönəllib, lakin bizim ilin sonunadək lizinq fəaliyyətinə başlamaq planımız da var", - deyə Ələkbərov bildirib.

Hazırda, Ələkbərovun sözlərinə görə, Mugan Leasing fəaliyyət göstərmir.

Bu gün ölkədə fəaliyyət göstərən 19 şirkətin lizinq portfelinin ümumi həcmi 208 mln. dollar təşkil edir. Bu göstərici 2003-cü ildə 0,9 mln. dollar idi.

Bu lizinq əməliyyatlarının tərkib hissəsi tikinti və nəqliyyat sektorunun payına düşür. Lizinqin ölkə ÜDM-də payı 0,43 faiz təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti