...

Çexiyanın regionları Azərbaycanla əməkdaşlığa maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir İ.Qasımlı /

"Çexiyanın Olomouts şəhərinin administrasiyası başçısının müavini Şana Tesarova aprelin 25-də Azərbaycana tanışlıq məqəsədi ilə səfər edəcək. Səfər Azərbaycanın Çexiyadakı səfirliyi və bu ölkədəki Azərbaycan diasporu tərəfindən təşkil edilib", - Trend -a "Azərbaycan- Çexiya" cəmiyyətinin idarə heyətinin üzvü Ələkbər İlyasov deyib.

Mayın 10-na qədər sürəcək səfərin gedişində Tesarova ölkənin regionlarına səfər etməyi, sosial-iqtisadi nailiyyətlər və tarixi yerlərlə tanış olmağı planlaşdırır.

Səfər çərçivəsində, həmçinin yerli sahibkarlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi də aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti