...

Azərbaycan Bolqarıstanın daşınmaz əmlakın qeydiyyatı sferasındakı təcrübəsi ilə tanış olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2009 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir Ü.İsmayılova /  

Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) Bolqarıstanıın daşınmaz əmlakın qeydiyyatı sferasındakı təcrübəsi ilə tanış olur. Tərəflər bu sistemi BMT-nin dəstəyi ilə Sofiyada keçirilən "İnformasiyanın idarə olunması təcrübəsi və daşınmaz əmlakın idarəolunma sisteminin təkmilləşdirilməsi" seminarında müzakirə edirlər.

"Bolqarıstan yaxınlarda Dünya Bankı ilə birgə analoji layihənin reallaşdırılmasını başa vurub. Bununla əlaqədar tərəflər görülən işləri müzakirə edəcək. Azərbaycan nümayəndə heyəti yeni kadast və daşınmaz əmlakın qeydiyyatı sistemi ilə tanış olacaq", - telefon bağlantısı zamanı Sofiyadan DƏDRX-nin mətbuat xidməti rəhbəri Yadigar Cəfərli Trend -a bildirib.

Bununla yanaşı, daşınmaz əmlakın kadastrı məsələləri, bu prosesdə özəl sektorun iştirakı və daşınmaz əmlakın qiymətləndirilməsi müzakirə ediləcək.   

Cəfərovun sözlərinə əsasən, Azərbaycan tərəfi seminarda "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində görülmüş işləri və əldə olunmuş nəticələri təqdim edəcək.

Onun sözlərinə əsasən, BMT-nin Avropa ölkələri üzrə iqtisadi komissiyasının "Daşınmaz əmlakın idarə olunmasında effektivlik və şəffaflıq" mövzusunda növbəti seminarı oktyabrın 1-2-də Bakıda keçiriləcək. Seminara hazırlıq məsələləri bu gün müzakirə ediləcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə, eləcə də dövlət xidməti başçısının müavini İlham Bayramov, beynəlxalq əlaqələr şöbəsinin müşaviri Anar İsabəyli daxildir.

Azərbaycan Hökuməti və Dünya Bankı 2007-ci ilin iyul ayında daşınmaz əmlakın vahid kadastrı sisteminin birgə tətbiqi barədə razılaşma imzalayıblar. Layihə 4 komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə olunması və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; siyasətin formalaşması və layihənin idarə olunması treninqləri. Layihənin dəyəri 38, 57 milyon dollar təşkil edir ki, bunun 30 milyonu DB-nin payına düşür. Kredit resursları 5 il güzəştli müddət olmaqla 20 il müddətinə ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti