...

Azərbaycan Vergilər Nazirliyinin strukturunda yeni dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir İ.Xəlilova /

Azərbaycanın Vegilər Nazirliyində struktur dəyişiklikləri davam etdirilir.

Nazirlikdən cümə axşamı bildiriblər ki, Vergilər Nazirliyi strukturunda birbaşa nazirliyə hesabat verəcək Vergi Auditi Departamenti yaradılıb.

Beynəlxalq Valyuta Fondunun texniki missiyası bu yaxınlarda ölkəyə səfər zamanı nazirlikdə belə bir departamentin yaradılmasını müsbət qiymətləndirib. Onun fəaliyyəti təsdiq mərhələsində olan qanun əsasında müəyyən ediləcək.

Bu tipli departamentin yaradılması Daxili Audit və Vergi Auditi Baş İdarələrinin ləğvinə səbəb olmayıb.

Qalan departamentlər, idarələr və şöbələr vergilər nazirinin müavinləri tərəfindən idarə olunur. Bu yaxınlarda nazirin sərəncamı ilə nazir müavinləri arasında səlahiyyətlərə yenidən baxılıb.

Sərəncama əsasən, nazirin birinci müavini Natiq Əmirov nazirlik aparatının struktur bölmələrini - Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsini idarə edəcək. Vergi Apellyasiyası Şurasına sədrlik də ona həvalə olunub.

Nazir müavini Namiq Əliyev vergi ödəyicilərinin auditi üzrə Baş İdarə və hüquq təminatı şöbəsi üzərində nəzarəti həyata keçirəcək.

Nazir müavini Natiq Qasımova isə beynəlxalq münasibətlər və maliyyə-təsərrüfat İdarəsinə rəhbərlik edəcək.

Nazirin yeni müavini Sahir Məmmədxanov vergi ödəyicilərinə xidmət İdarəsi və vergi borclarının məcburi alınmasının təşkili İdarəsinin işinə nəzarət edəcək. O, həmçinin, əməkdaşlar və struktur bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi Şurasına rəhbərlik edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti