...

Azərbaycanda turizm mərkəzlərinin AİZ vasitəsilə yaradılması

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2009 11:08 (UTC +04:00)
Azərbaycanda turizm mərkəzlərinin AİZ vasitəsilə yaradılması

Azərbaycan, Bakı, 23 aprel / Trend /

Leyla Abdullayeva, Trend analitik mərkəzinin eksperti

Azərbaycanda Azad İqtisadi Zonaların (AİZ) yaradılmasında əsas məqsəd milli təsərrüfatların dünya iqtisadiyyatına inteqrasiyasıdır. Bu zonaların layihələşdirilməsi və fəaliyyətinin təşkili üzrə işlər beynəlxalq ticarətdən yararlanma əsasında və Avropa İqtisadi Cəmiyyətinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Müxtəlif ölkələrdə AİZ yaradılma təcrübəsi göstərib ki, onlar regionun inkişafı faktoruna çevrilə bilər və zonadan daxili iqtisadiyyatla dünya bazarı arasında şlüz kimi istifadə olunması, təsərrüfatçılığın yeni formalarının işlənməsi, yerli və xarici sahibkarların təsərrüfat fəaliyyəti üçün güzəştli şəraitlərin yaradılması kimi bir sıra iqtisadi məsələləri həll edə bilər.

AİZ-in yaradılması makroiqtisadiyyatdakı bütün müsbətlərlə yanaşı, həm də sosial-iqtisadi problemlərin həllinə - kasıblıq və işsizlik səviyyəsinin azalmasına da kömək edir. Azərbaycanda AİZ-in yaradılması inteqrasiya proseslərinin sürətləndirilməsi, ilk növbədə ölkə iqtisadiyyatının real sektorlarında - bu gün xüsusi diqqət yetirilən informasiya texnologiyaları və turizm sahələrində innovasiya elementlərinin tətbiqinə ciddi təsir göstərəcək.

Öz coğrafi mövqeyi hesabına, AİZ-in dəniz limanları və başqa beynəlxalq nəqliyyat xətlərinin yaxınlığında yerləşməsi imkanı baxımından Azərbaycan turizm sahəsinə məhz AİZ vasitəsilə xarici sərmayələrin cəlb edilməsi üçün cazibədar ölkəyə çevrilir. Azərbaycanın mənzərəli təbiətə və qədim mədəniyyət abidələrinə malik bir çox regionları böyük sayda turist qəbul edə bilmək üçün infrastruktur inkişafına ehtiyac duyur.

Üstəlik, AİZ haqqında milli qanunvericilikdə ayrılmış güzəştlər də xarici sərmayədarlar üçün cəlbedici olacaq. Qanunvericiliyə əsasən, sahibkarlıqla məşğul olan rezidentlər dövriyyənin (göstərilən xidmət və məhsullardan alınan vəsaitlər) iki faizi həcmində vergi ödəyəcəklər. ƏDV-ni rezidentlər sıfır dərəcə ilə ödəyəcək. Başqa vergilərdən, həmçinin gömrük rüsumlarından onlar azad olunurlar.

Məsələn, Türkiyənin AİZ-in yaradılması və fəaliyyət göstərməsi nümunəsini müşahidə etsək və bu ölkənin turizm sahəsindəki uğurlarını nəzərə alsaq, görərik ki, 1987-ci ildə müvafiq qanunun qəbulu ilə, həmin ildəcə ölkədə bu gün Türkiyənin turizm mərkəzləri kimi tanınan Mersin və Antalya şəhərlərində AİZ-lər yaranıb. Artıq 1990-cı ildə AİZ sıralarını İzmirdəki Ege və İstanbul azad sahibkarlıq zonası genişləndirir. 1992-ci ildə Trabzonda, 1993-cü ildə Adanada, 1994-1995-ci illərdə Ərzurum və Mardində AİZ-lər yaranıb. Sonrakı illərdə onların sayı çoxalıb və hazırda Türkiyədə 20 AİZ fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti