...

Azərbaycanda yaz əkin sahəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2009 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir S.Babayeva /

Aprelin 1-nə Azərbaycanda yaz əkini 1904,4 min hektar sahədə aparılıb ki, bu da 2008-ci ilin analoji dövrünün göstəricisindən 0,1% artıqdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu müddət ərzində dənli bitkilərin əkin sahəsi (qarğıdalısız) 8,3 min hektar, kartof 33,2 min hektar, tərəvəz 23,3 min hektar (15,4% artım), şəkər çuğunduru 3,4 min hektar (1,7% artım) təşkil edib. 

Yanvar-mart ərzində ət, süd və yumurta istehsalı da artıb. Ət istehsalının xalis çəkisi 72,4 min ton, süd 319,6 min ton, yumurta 290,4 milyon ədəd təşkil edib.

Sadalanan məhsulların istehsal artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9%, 3% və müvafiq olaraq 21,4% təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti