...

Azərbaycanda mehmanxana biznesindən gələn gəlirlər təxminən 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycanda 2008-ci ildə mehmanxanaların sayı 2007-ci illə müqayisədə 50 ədəd artaraq 370-ə çatıb", - Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib.

Mehmanxanalardan 117-si Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalanda, 22-si Qubada, 23-ü Şamaxıda, 20-si Masallıda, 13-ü Lənkəranda, 11-i Qəbələdə, 9-u Zaqatalada, 9-u Qusarda yerləşir, həmçinin Astara, Şəki, Qax, Qazax şəhərlərində 7 mehmanxana var.

Bu müddət ərzində mehmanxanalarda 431,6 min nəfər yerləşdirilib ki, bu da ötən illə müqayisədə 41,3 faiz çoxdur.

Komitədən xəbər verilib ki, mehmanxanalarda yerləşdirilmiş şəxslərin 48,1 faizi yerli, 51,9 faizi əcnəbi vətəndaşlardır. Onlardan 33 faizi mehmanxanalarda istirahət və əyləncə, 32,5 faizi işgüzar səfər zamanı, 5,7 faiz müalicə, 28,8 faizi başqa məqsədlər üçün qalıb.

2008-ci ildə Azərbaycanda mehmanxanaladan gəlirlər 2007-ci illə müqayisədə 9,8 faiz artaraq 98,6 milyon manata çatıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti