...

Azərbaycan bankı AtaBank-ın nizamnamə kapitalı iki dəfə artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2009 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı AtaBank-ın səhmdarları öz nizamnamə kapitallarını 2010-cu ilin sonunadək iki dəfə artırmağı planlaşdırır. Bu barədə bankın idarə heyətinin sədr müavini Etibar Babaşlı bildirib.

"Səhmdarlar əldə olunan bütün mənfəəti bankın nizamnamə kapitalının artırılmasına yönəltməyi planlaşdırırlar. Düşünürəm ki, 2010-cu ilin sonunadək bankın nizamnamə kapitalı iki dəfə artacaq", - deyə Babaşlı bildirib.

2009-cu ilin əvvəlinə bankın nizamnamə kapitalı 15 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin sonuna olan göstəricini 30,4 faiz ötür.

Bank səhmlərinin əsas paketinin sahibi (76 faiz) Ata Holding-dir, qalan səhmlər isə iki fiziki şəxsə məxsusdur: səhmlərin 8,1 faizinin sahibi M.Rəfiyev, 15,9 faizinin sahibi isə A.Kamilovdur.

İlin əvvəlinə bankın xalis mənfəəti 152,84 mln. manat təşkil edib. Bank aktivlərinin əsas hissəsini təşkil edən kredit portfeli 98,66 mln. manatdır. 2008-ci ilin yekunu üzrə bankın təcili depozitləri üzrə portfel 83,45 mln. manat təşkil edib.

İlin əvvəlinə bankın xalis mənfəəti 5,33 mln. manatdır. 

Aprelin 25-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti