...

Azərbaycan Hökuməti "donuz qripi"nə qarşı mübarizə tədbirlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend /

Azərbaycan Nazirlər Kabinetində vitse-baş nazir Yaqub Eyyubovun sədrliyi altında "donuz qripi"nin profilaktikası ilə bağlı iclas keçirilib. Nazirlər Kabinetinin məlumatına əsasən, iclasda kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər, fövqəladə hallar, maliyyə, daxili işlər naziri, gömrük komitəsi və sərhəd xidməti rəhbəri iştirak edib.

"İclasda qeyd edilib ki, virusun Azərbaycana daxil olmaması üçün bütün lazımi tədbirlər görülüb, kifayət qədər tibb preparatları və avadanlıq ehtiyyatları yaradılıb", - məlumatda deyilir.

İclasda müvafiq dövlət strukturları rəhbərlərinə "Qrip pandemiyasına hazırlıq barədə milli plan"ın gücləndirilməsi, sərhəd-buraxılış məntəqələrində virusa yoluxduğu güman edilən şəxslərin üzə çıxarılması, ölkəyə gətirilən qida məhsullarına nəzarətin gücləndirilməsi və ölkə ərazisində ekoloji, epidemioldoji nəzarətin gücləndirilməsi barədə tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti