...

Azərbaycanda rieltor fəaliyyətinin idarə olunması üzrə hüquqi baza hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2009 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Rieltorlar Assosiasiyası (ARA) "Rieltorluq fəaliyyəti haqqında" qanun layihəsini hazırlayıb", - cümə axşamı ARA-nın həmtəsisçisi Nüsrət İbrahimov deyib.

"Hazırda qanun layihəsi ekspert qrupuna qəbul edilməsi və rəy verilməsi üçün təqdim olunub", - İbrahimov bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda qanun layihəsi hökumətə təqdim olunacaq. Qanunun qəbulu gələn il gözlənilir.    

ARA 2008-ci ilin dekabrında təsis edilib. Assosiasiyanın təsisçiləri "MBA Group" konsaltinq şirkəti, "New Europe" və "Baki Emlak" rieltor şirkətləridir. Assosiasiyanın yaradılmasında əsas məqsəd ölkədə vahid rieltor siyasətinin həyata keçirilməsidir. ARA ölkənin daşınmaz əmlak bazarında koordinator funksiyasını yerinə yetirəcək, eləcə də bazarda mədəniyyət, etika və standartları müəyyənləşdirəcək.

Assosiasiyanın planlarına bazardakı durum və qiymətlər barədə bütün informasiyanın toplanacağı elektron məlumatlar bazasının yaradılması da daxildir. Ölkənin daşınmaz əmlak bazarının bütün iştirakçıları mütəmadi (həftəlik, aylıq, rüblük, illik) olaraq bu bazaya çıxış əldə edə biləcəklər.

Hazırda Bakıda təxminən 800 böyük və kiçik rieltor fəaliyyət göstərir. Ölkə üzrə onların sayı üç minə yaxındır.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti