...

Azərbaycan parlamenti JICA ilə kredit sövdələşməsini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 01iyul / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Parlamenti  Azərbaycan hökuməti və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (JICA) arasında Bakıda mayın 29-da imzalanan kiçik şəhərlərdə su təminatı və kanalizasiya layihələri üzrə kredit sövdələşməsini təsdiqləyib. 

Layihənin ümumi dəyəri 452 milyon dollardır, JICA isə 344 milyon dollar dəyərində (32,851 milyard yena) kredit ayıracaq. Qalan 108 milyon dollar hökumətin payına düşür.

Kredit resursları maliyyələşdirmənin kombinasiya sxemi üzrə təqdim edilib. Kreditin bir hissəsi illik 1,4 faizlə 30 il müddətinə, digər hissəsi isə illik 0,65 faizlə 40 il müddətinə verilir. Seçimlərin hazırlanması üzrə məsləhətçilərin iş xidmətləri 40 il müddətinə 0,01 faizlə təqdim edilən kredit vəsaitləri hesabına maliyyələşdiriləcək.  

Kreditlərin ödənilməsinə 2019-cu ilin mart ayında başlanacaq və 2049-cu ildə başa çatdırılacaq.

Layihə çərçivəsində Şirvan, Salyan, Neftçala, Xaçmaz, Bərdə, Yevlax, Xızı, Qusar, Qobustan və Naftalan rayonlarının su təminatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulub. Kredit vəsaiti hesabına kiçik şəhərlərdə su təminatı və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi vasitəsilə sanitariya və ətraf mühit nöqteyi nəzərindən yüksək ab-havanın təmin edilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq qurğuların inşası, su kəmərlərinin çəkilməsi, konsultativ xidmətlərin göstərilməsi nəzərdə tutulub. 

Layihənin icraçısı qismində "Azərsu" Səhmdar Cəmiyyəti çıxış edir.

İyulun 1-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti