...

Bakıda "Azərbaycanda korporativ istiqrazlar bazarının inkişafı" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend /

Yapı Kredit bankı və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyulun 3-də Bakıda "Azərbaycanda korporativ istiqrazlar bazarının inkişafı" mövzusunda beynəlxalq konfrans keçirəcək.

Konfransın keçirilməsində məqsəd korporativ istiqrazların buraxılması vasitəsilə Azərbaycanın özəl sektorunun şirkətlər arasında qarşılıqlı alınması mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda, investorlar və emitentlər arasında münasibətlərin inkişafının müzakirəsindən ibarətdir.

Konfransda parlamentin İqtisadi məsələlər üzrə komitəsinin üzvləri, səhmdar cəmiyyətlər, maliyyə strukturları, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və beynəlxalq təşkilatların nümayəndələri və xarici investorlar iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti