...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yük daşımalarının həcmini xeyli artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend /

2009-cu ilin birinci yarısında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) 6,38 milyon tondan artıq yükdaşıma həyata keçirib ki, onun da 4,66 milyon tonu neft və neft məhsullarının payına düşüb. Bu barədə "Vışka" qəzetinə müsahibəsində ADXDG-nin rəisi Aydın Bəşirov bildirib. Gəmiçiliyin daşıdığı yüklərin ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11,3 faiz artıb.

Yüklərin ümumi həcminin 510,1 min tonu quru mal daşıyan gəmilərin, 1,2 milyon tonu isə bərələrin payına düşüb.

Hazırda ADXDG-nin nəqliyyat donanmasının tərkibində 480 min tondan yuxarı ümumi dedveyt ilə 79 gəmi var. Donanmanın tərkibində 37 quru mal daşıyan gəmi, 42 tanker mövcuddur.

Xəbər lenti

Xəbər lenti