...

Bakı metrostansiyalarının sayı iki dəfədən çox artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Bakıda "Bakı metropoliteninin 20 illik inkişafı üzrə dövlət proqramı" çərçivəsində əlavə 46 metrostansiya tikiləcək", - cümə günü Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahındakı mətbuat konfransında deyib.

Hazırda Bakıda 21 metro stansiyası fəaliyyət göstərir, "Azadlıq" stansiyası dekabrda istismara veriləcək. "Beləliklə, Bakı metropoliteni stansiyalarının ümumi sayı 68-ə çatacaq", - Tağıyev bildirib.

Onun sözlərinə görə, yeni stansiyaların layihələndirilməsi 14 ay ərzində başa çatdırılacaq. Hazırlanan layihə Bakı Şəhər İcra Hakimiyyətinə stansiyaların tikilməsi üçün təklif olunan topraq sahələrinin parametrlərdən asılı olaraq uyğunluğunu yoxlamaq üçün təqdim olunacaq.

Bakı metropoliteninin yeni stansiyalarının layihələndirilməsi üzrə tenderin qalibi Fransanın "Systra" şirkəti olub. Şirkət layihənin tərtibi üçün Cənubi Koreya (Saman) və Çexiyadan (MOTT McDonalds) mütəxəssislər cəlb edib. Şirkət layihənin işlənməsini 5,5 milyon dollara həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamı üzrə yeni proqramın hazırlanmasına başlamaq üçün Prezidentin Ehtiyat Fondundan Bakı metropoliteninə 2 milyon manat ayrılıb. "Gələn il bu məbləğ üç dəfə çox olacaq və bu vəsaitlər layihənin hazırlanmasına yönəldiləcək", - bir müddət əvvəl mənbə deyib.

Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti