Azərbaycan, Bakı, 04 iyul / Trend /
"Azərsun Holdinq" Rusiya bazarında "Azərçay" və "Məryəm" Azərbaycan brendlərinin yayılması sahəsindəki nailliyyətlərinə görə "Proqress-2008" mükafatına layiq görülüb, bu barədə holdinqin şənbə günü yayılmış məlumatında deyilir.
2008-ci ilin yekunları üzrə iyulun 3-də keçirilən "Proqress" mükafatının təqdimat mərasimi Rusiyanın Azərbaycandakı səfirliyi və ticarət palatasının dəstəyi ilə Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatasının təşkilatçılığı altında keçirilib. Sponsor qismində "Azərsun Holdinq" çıxış edib.
Rusiya artıq on ildir ki, şirkətin məhsullarından istifadə edir.
Tədbirdə bir sıra şirkətlərin nümayəndələri iştirak edib. Mükafat Rusiyanın Azərbaycandakı səlahiyyətli və fövqaladə səfiri Vladimir Doroxin tərəfindən şirkətin İctimai əlaqələr və sosial xidmətlər departamentinin direktoru Kazım Babayevə təqdim edilib.