...

Bakıda təkrar mənzil bazarı bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın daşınmaz əmlak bazarında keçən ilin ikinci yarısından bəri ilk dəfə bahalaşma müşahidə olunub ki, bu da ölkədə ipoteka kreditlərinin bərpa olunması ilə əlaqədardır. Bu barədə bazar ertəsi "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib. Azərbaycan İpoteka Fondu Mərkəzi Bank ilə iyunun 1-dən ipoteka kreditlərinin bərpasına başlayıb. İpoteka kreditlərinin verilməsi kəsir səbəbindən 2007-ci ilin yayında dayandırılmışdı.     

"Qiymətlərin artması xüsusən təkrar mənzil bazarında müşahidə olunur (0,7 faiz). Bir kvadratmetrin orta qiyməti 1,361 min dollardan 1,371 min dollara qədərdir", - İbrahmov deyib.

Onun sözlərinə görə, təkrar mənzil bazarında mənzillərin orta qiyməti 1,6 faiz düşərək 102,47 min dollardan 100,88 dollara qədər azalıb. Təkrar mənzil bazarında nisbətən bahalı mənzillərin qiyməti 3,7 faiz artıb. Daha bahalı mənzillərin qiyməti isə, əksinə 1,6 faiz enib. Təkrar mənzil bazarında mənzillərin orta sahəsi 80,9 kvadrat metrdən 73,6 kvadrat metrədək - 10 faiz azalıb.

Təkrar əmlak bazarında daha çox ikiotaqlı mənzillərə tələbatın olduğu müşahidə olunur (70 faiz). Belə mənzillər 3,6 faiz ucuzlaşıb (ipoteka verilən obyekt kimi). Birotaqlı mənzillər 1,1 faiz, üçotaqlılar isə 1,8 faiz bahalaşıb. Dördotaqlı mənzillərin qiyməti 7,1 faiz, beşotaqlıların qiyməti isə 7,2 faiz ucuzlaşıb.   

Ekspert deyib ki, ilkin mənzil bazarında eniş davam edir. Çünki ipoteka kreditlərində tələbat təkrar bazaradır. İlkin əmlakda düşmə 0,4 faiz təşkil edir (bir kvadratmetrin qiyməti 958 dolardan 954 dollara qədər enib). Keçən ilin eyni dövründə qiymətlər 16,3 faiz, ilin əvvəlində isə 15,4 faiz ucuzlaşıb.  

İbrahimovun sözlərinə görə, bazarda şəxsi evlərin qiyməti 2,6 faiz enib. Torpaq bazarında 3,7 faiz ucuzlaşma müşahidə olunub. Bir sotun orta qiyməti 18,63 min dollardan 17,98 min dollaradək düşüb. Keçən ilin eyni dövründə qiymətlər 28,1, ilin əvvəlində isə 27,8 faiz düşüb.

İbrahimov deyib ki, tikinti materialları bazarında əhəmiyyətli dərəcədə dəyişiklik baş verməyib. Bu bazarda sabitlik müşahidə olunur və qiymətlər cəmi 0,1 faiz bahalaşıb.

"Bazarda mənzilin kirayəsində mənzillərin orta qiyməti 0,4 faiz ucuzlaşaraq 727 dollardan 724 dollara enib. Bu da kirayə üçün mövsümi dövrün olmaması ilə əlaqədardır", - ekspert bildirib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti