...

Sertifikatlaşdırma üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ərazisindəki fəaliyyəti qanunsuz hesab edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sertifikatlaşdırma üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ərazisindəki fəaliyyətini qanunsuz hesab edib", - komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Təşkilat tərəfindən verilən bütün sertifikatlar da qeyri-qanuni hesab edilib", - məlumatda bildirilir.

İnstitutun fəaliyyəti "Odlar Yurdu-95" farmasevtik şirkətinin idarəetmə sisteminin keyfiyyəti üzrə İSO 9001-2000 standartının tələblərini pozulması səbəbindən qanunsuz hesab edilib. Bu institut "Odlar Yurdu-95" şirkətinə sertifikat verib.

Sertifikatlaşdırma üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu Azərbaycan ərazisində Prezidentin 22 noyabr 1998-cı ildə beynəlxalq (regional) və hökumətlərarası standartlar, norma, qayda və tövsiyələrin ölkə ərazisində tanınması barədə təsdiqlədiyi qaydalara əsasən fəaliyyət göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti