...

Azərbaycanda 60 turizm obyektinin fəaliyyəti dayandırılıb - turizm naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində müvafiq lisenziya olmadan fəaliyyət göstərən 60 otelin işini dayandırıb,  bu barədə çərşənbə günü Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Bu turizm obyektləri yay ayının sonuna kimi fəaliyyətini bərpa etməyəcək", - deyə nazir bildirib.

Onun sözlərinə əsasən, turizm obyektləri öz fəaliyyətini lazımi sənədləşməni hazırlıdıqdan sonra bərpa edə bilərlər.  

Nazir bildirib ki, ölkə ərazisində lisenziya əsasında 250 otel fəaliyyət göstərir, nazirlik lisenziyanın alınması üzrə 60 müraciəti də nəzərdən keçirir.  

Nazirin sözlərinə əsasən, Azərbaycan ərazisində ulduzlu otellərin sayı 70-dir, Nabran zonasında daha iki otel ulduz almaq üçün nazirliyə müracitə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti