...

AYİB və DEG Azərbaycan bankının səhmdarı kimi qalmaq qərarına gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir İ.Xəlilova /

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və alman investisiya korporasiyasi DEG Azərbaycan bankı Unibank-ın səhmdarı kimi qalmaq və gələcəkdə bankın inkişafına dəstəklərini davam etdirmək niyyətindədir. Bu barədə çərşənbə günü AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Frensis Deley deyib.

"Adətən biz yeddi il müddətinə və daha uzunmüddətli dövr üçün investisiya həyata keçiririk. Unibank-la bağlı biz Azərbaycan bankının biznesinin inkişafında öz rolumuzu saxlamaq niyyətindəyik və gələcəkdə dəstəyimizi davam etdirəcəyik. Baxmayaraq ki, Unibank-ın kapitalında öz hissəmizi satmaq üçün mandatımız var", - Deley deyib.  

Bunun təsdiqi kimi AYİB və DEG beş il müddətinə hesablanmış maliyyə paketində iştirak edirlər. Onun ümumi həcmi 83 milyon dollardır. Ondan 7 milyon dolları Unibank-ın səhmdar kapitalına yönəldilib.

AYİB və DEG hələ 2008-ci ildə imzalanmış müqavilə çərçivəsində öz hissələrini satmaq hüququ qazanıblar. Onlar səhm paketinin müvafiq olaraq 15,2 və 8,3 faizinə sahibdirlər.

Macarıstanın iri banklarından olan OTP Bank da Unibank-ın səhmdarlarının tərkibinə daxil olmaq arzusunu bildirmişdi. Lakin dünya maliyyə böhranı səbəbindən bank siyasətinə yenidən baxıb və bu mərhələdə investisiyadan imtina edib.

Əsas maliyyə göstəricilərinə görə Unbank Azərbaycanın 10 aparıcı banklarından biridir. 2009-cu il iyunun 1-nə olan göstəriciyə görə, bankın aktivləri və kredit portfeli müvafiq olaraq 456 milyon dollar və 332 milyon dolları ötüb. Bankın ümumi kapitalı isə bu tarixə olan göstəriciyə görə, beynəlxalq maliyyə hesabatı standartları üzə 61 milyon dollara bərabər olub.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti