...

Azərbaycan ərazisinin orto-foto xəritəsi 2013-cü ildə hazır olacaq - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Dünya Bankı (DB) ilə birlikdə realizə etdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi üçün əlavə vəsaitlər tələb etməyi məqsədəuyğun hesab etmir", - cümə axşamı komitənin başçısı Qərib Məmmədov deyib. Layihəni ümumi dəyəri 38,57 milyon dollardır və onun 15 milyon dolları DTXK-ya geodeziya, xəritəçəkmə, orto-foto çəkiliş və torpaq kadastrının yaradılması ilə bağlı məsələnin həlli üçün ayrılıb.

"Artıq Bakı ərazisi və digər rayon və rayon mərkəzlərinin 1:1000 miqyaslı orto-foto planlarının hazırlanması üçün aerofotoçəkilişlərin aparılması üzrə işlər tamamilə başa çatdırılıb", - komitədən bildirilib.

Bununla yanaşı, Türkiyənin "INDES" şirkəti həmçinin 1:1500 miqyaslı orto-foto planların hazırlanması üçün aerofotoçəkilişlərin aparılması üzrə işləri başa çatdırıb. 1:10000 miqyaslı dağ və sərhəd ərazilərin orto-foto planlarının hazırlanması üzrə işləri isə ABŞ-ın "IKONOS" şirkəti həyata keçirir.

"Layihənin şərtlərinə əsasən, Azərbaycan ərazisinin orto-foto xəritələrinin hazırlanması üzrə işlər 2013-cü ildə başa çatdırılacaq", - Məmmədov deyib.

Azərbaycanda, Prezidentin mayın 19-da verdiyi sərəncama əsasən, layihənin əsas benefisiarı olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv edilib. Layihənin realizəsi üzrə bütün səlahiyyətlər yeni yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

Azərbaycan Höküməti və DB 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastrı sisteminin birgə tətbiqi barədə müqavilə imzalayıblar. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza xəritəçəkməsi və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə edilməsi. Layihənin dəyəri 38,57 milyon dollardır. Onun 30 milyon dolları DB-nin payına düşür. Kredit resursları beşillik güzəşt müddəti olmaqla 20 il müddətinə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti