...

Azərbaycanda ipoteka istiqrazlarının ikinci yerləşdirilməsi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir Ü.İsmayılova /

"İyulun 14-də Azərbaycan Mərkəzi Bankının (AMB) nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat həcmində ipoteka istiqrazlarının ikinci yerləşdirilməsi keçiriləcək", - fondun cümə axşamı yaydığı məlumatda deyilir.

İstiqrazların satış qiyməti cari qiymətlə müəyyən edilib - 100,2 manat. İstiqrazları əldə etmək istəyən brokerlər Bakı Fond Birjasının üzvlərinə müraciət edə bilərlər.

İstiqrazların örtülmə tarixi 10 may 2016-cı il tarixinə təyin edilib. Tələbin təklifi üstələyəcəyi halda, bütün ərizələr proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı qismində AMB çıxış edəcək.

AİF-in istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 29 may 2009-cu ildə qeydə alınıb. Emissiyanın ümumi həcmi illik üç faizlik faiz dərəcəsi ilə 55 milyon manat təşkil edib. İstiqrazların ilk yerləşdirilməsi iyunun 16-da baş tutub və hərraca 15 milyon manat həcmində istiqrazlar təqdim olunub. Nominal qiymətlə sifarişlərin əsas məbləği təklif olunan həcmi ötərək 22 milyon manat təşkil edib. Buna görə də təklif olunan bütün həcmlər yerləşdirilib.

İyulun 09-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti