...

Azərbaycanda "Fidan Sığorta"nın emissiya layihəsi qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 12:46 (UTC +04:00)
Azərbaycanda "Fidan Sığorta"nın emissiya layihəsi qeydə alınıb

Azərbaycan, Bakı, 10 iyul / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Fidan Sığorta" MMC-nin adi adlı səhmlərinin emissiya layihəsini qeydə alıb, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.     

Emissiyanın həcmi 400 min manat, hər bir istiqrazın nominal dəyəri isə 20 manat təşkil edir.

Emissiya layihəsinə əsasən, yerləşdirilmə Bakı Fond Birjasında açıq həyata keçirələcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Chelsea Capital" çıxış edəcək.

Səhmlərə sahib olmaq istəyənlər BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.

Bir hüquqi və 2 fiziki şəxsin təsis etdiyi "Fidan Sığorta" sığorta şirkəti Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. 

İyulun 10-na olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti