...

Azərbaycan Prezidenti Mərkəzi Bankın statusunu gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da ölkə parlamentində təsdiq olunmuş "Milli Bank haqqında" qanuna əlavələrin və dəyişikliyin tətbiq edilməsi barədə fərman imzalayıb. Bu barədə AzərTAC Dövlət Informasiya Agentliyindən məlumat verilib.

Fərmana əsasən, ölkənin Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik və mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktların;n bu əlavə və dəyişikliklərə uyğunlaşdırılması barədə təkliflərini hazırlamaq tapşırılıb.  

"Milli Bank haqqında" qanuna əlavə və dəyişikliklər Mərkəzi Bankın çevikliyini və davam edən dünya böhranı şərtlərində tez reaksiya üçün vasitələrin artırılması və postböhran vəziyyətində çıxış üçün problemi həll etmək məqsədi ilə edilib.  

Dəyişikliklər Mərkəzi Bankla özünün müəyyən etdiyi qaydalar çərçivəsində banklara kredit və subordinə edilmiş kreditlər vermək imkanı verir. İndiyə qədər MB kommersiya banklarına daha yarım il uzadılma imkanı ilə altı ay müddətinə kreditlər verə bilirdi ki, bu da davam edən dünya böhranı şəraitində çox qısa müddətdir.

Bununla yanaşı, MB-yə sosial-iqtisadi əhəmiyyətli layihələri maliyyələşdirmək səlahiyyəti verilib. Bunda məqsəd həmçinin iqtisadiyyatın real sektoruna maliyyə yardımı təminatı, banklara dövlət təminatı altında məqsədli kreditlər verilməsidir.

Bu dəyişikliklər antiböhran tədbirlərinin bir hissəsidir, çünki indiki vəziyyətdə Mərkəzi Bankın müstəqil struktur kimi statusunu gücləndirmək lazımdır. Bunu bir müddət öncə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti