...

Azərbaycanda daxili turizm inkişaf edir - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2009 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir Ü.İsmayılova /

"aliyyə və İqtisadi Tədqiqatlar və Konsaltinq LTD-nin ekspertləri hesab edirlər ki, Azərbaycanda yay mövsümündə  turizm sığortası polislərinin (sığorta vəsiqəsi) satışının həcmində 25-30 faizlik azalma gözlənilir.

Təşkilatın ekspertləri hesab edirlər ki, buna baxmayaraq  turizm sığortası polislərinin qiymətlərində azalma gözlənilmir. Sığortaçıların çoxu qiymətləri əhəmiyyətli dərəcədə azaltmırlar və ya onları növündən və turun məsafəsindən asılı olaraq ötən ilki səviyyələrində saxlayırlar.

Təşkilatın ekspertlərinin fikrincə, yaranmış vəziyyət turizm şirkətlərinin fəaliyyətinə müsbət təsir edib. Turizm şirkətləri yerli və xarici tərəfdaşını seçərkən daha ehtiyatlı davranır, müştərilərin seçiminə daha məsuliyyətlə yanaşır.

Sığorta şirkətləri müştərilərin cəlb olunması və onların sayının artırılması məqsədilə sığorta polislərinin şərtlərinə dəyişikliklər və yeni qaydalar tətbiq etməyi də düşünürlər.

Son zamanlar ölkənin sığorta bazarında daxili turizm üzrə sığortanın inkişafı da müşahidə edilir. Ölkə hüdüdlarından kənara çıxan turistlərin sığortasından fərqli olaraq respublika daxilində bu sığorta mütləq deyil. Ekspertlər hesab edirlər ki, turistlərin əksəriyyəti hətta ölkə daxilində istirahətin təminatına xüsusi diqqət ayırır.

Bununla əlaqədar olaraq bir çox tibbi müəssisələr təsərrüfat hesabı sisteminə keçiblər, burada müalicə bahadır, bunu görə də turistlər istirahət zamanı tibbi xərclərin azaldılması məqsədilə sığorta olunmağa başlayıblar.  

Cari yay mövsümi ərzində turistlər arasında sığorta polisi üzrə birinci yeri tibbi sığorta təşkil edir ki, bu da "donuz qripi" ilə əlaqədardır. Turistlər virus üzrə tibbi xərclərin ödənilməsini istəsələr də turizm operatorları "donuz qripi"nin sığorta müqaviləsində göstərilmədiyini bidirərək bu xərcləri öz üzərinə götürməkdən imtina edirlər.

Ekspertlərin fikrincə, Azərbaycanda turistlərin sığortalanması üzrə qiymətlər sığortanın növündən və dərəcəsindən asılı olaraq sutkada 0,2-dən 0,5 dollara kimi dəyişir. Sığortanın bu növünün qiymətləri sığorta hallarının statistikasına və sığortanın istənilən limiti, yaş kateqoriyası, putyovkanın müddətinə müvafiq olaraq müəyyən edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti