...

Azərbaycanda gömrükdən mədəni sərvətlərin daşınması qaydaları qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2009 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir N.İsmayılova / 

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük sərhədlərindən mədəni sərvətlərin daşınması qaydalarını təsdiq edib. Bu barədə şənbə günü DGK-dan bildiriblər.

Qaydalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, eləcə də Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılıb.

Qanunla müəyyən edilmiş, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorun mədəni sərvətlər yalnız nazirlik tərəfindən verilən müvafiq sənədlər və onun 100 % dəyərinə bərabər rüsum nəzərdə tutan müvafiq sənəd gömrük orqanlarına təqdim edildikdən sonra mədəni sərvətin sərhəddən keçirilməsinə icazə verilir.  

Azərbaycan ərazisindən tranzitlə mədəni sərvətlərin daşınması ölkənin tranzit daşımaları haqqında normativ-hüquqi aktlarının tələblərinə uyğun aparılır. Azərbaycan ərazisinə qayıdan mədəni sərvətlər gömrük rüsumları və vergilərindən azad olunur.

Mədəni irs siyahısına muzey fondları, milli kitabxana fondu kolleksiyaları, eləcə də milli arxiv fondu sənədləri, xalq sənəti nümunələri və s. daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti