Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron yarımadasında palçıq vulkanları boyunca torpaq sahələrinin qeydiyyatına icazə vermək fikrində deyil. Bunu bazar ertəsi komitə rəhbəri Qərib Məmmədov deyib.
"Palçıq vulkanları ərazisində cəmi bir neçə ailə yaşayır", - Məmmədov deyib.
Onun sözlərinə görə, müvafiq normaları pozan bu ailələrdən heç biri torpaq məntəqələrində qeydiyyat icazəsi almayıb və almayacaq da.
Palçıq vulkanlarının bütün ərazisi xəritədə ölkənin təbii əmlakı kimi əks olunacaq.
Şərqi Azərbaycanın ərazisində Xəzər hövzəsi də daxil olmaqla 300-dən çox palçıq vulkanı var. Bu yaxınlarda ölkədə "Azərbaycanın palçıq vulkanları" adlı məlumat kitabçası nəşr olunub. Kitabçada Abşeron yarımadasının, Şamaxı-Qobustan rayonunun, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqının turistlər üçün maraqlı ola biləcək 25 səciyyəvi palçıq vulkanının qısa təsviri verilib.
Dünyada 800-dən çox palçıq vulkanı mövcuddur. Onların 300-ü Azərbaycanda yerləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]